0
Saturday 1 February 2020 - 10:13

Trampın Senatdakı impiçmenti proseduru fevralın 5-də başa çatacaq

Story Code : 841984
Trampın Senatdakı impiçmenti proseduru fevralın 5-də başa çatacaq
“Report” xəbər verir ki, bu barədə respublikaçı senatorlara və onların köməkçilərinə istinadən “Politico” qəzeti bildirib.
Qeyd edilir ki, respublikaçılara prosesə əlavə şahidlərin çağırışının qarşısını almaq üçün səslər kifayətdir.
Bundan başqa, proses üzrə qrafik dəyişə bilər. Bu, indiki seçki dövründə partiya fəallarının yığıncaqlarını keçirmələri, Trampın "Ölkənin vəziyyəti haqqında" Senat və Nümayəndələr Palatası qarşısında çıxışı ilə əlaqədardır. Dövlət başçısı çərşənbə axşamı müraciət edəcəyi bildirilir.