QR CodeQR Code

Misirdə 37 nəfər terror ittihamı ilə edam cəzasına məhkum edildi

1 Feb 2020 18:34

İslamTimes: Qahirənin cinayət məhkəməsi misirli terrorçu Heşam Aşmavi və “Ənsar Beyt əl-Maqdes” terrorçu qrupunun daha 36 üzvünü edam cəzasına məhkum edib .


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, onlar polis əməkdaşlarına qarşı çoxsaylı silahlı hücumlarda təqsirli biliniblər.

Məhkəmənin qərarı məsləhət üçün ölkənin Ali Müftisinə göndəriləcək və martın 2-dək təsdiq ediləcək. Sözügedən cinayət işində mərhum Daxili İşlər naziri Məhəmməd İbrahimin qətli, inzibati binaların bombalanması və polislərə 54 silahlı hücumda iştirak etmiş 208 müttəhim hakim qarşısına çıxarılıb.

Qeyd olunub ki, terrorçu Aşmavi Liviyadan ötən ilin noyabrında Misirə ekstradisiya olunub və bu cinayətkar 28 zabit və əsgərin qətlə yetirilməsində iştirak edib. “Ənsar Beyt əl-Maqdes” terror təşkilatı 2014-cü ildə İŞİD-lə müttəfiq olduğunu elan etsə də, adıçəkilən terrorçu sonuncunu tanımaqdan imtina edib.


Story Code: 842062

News Link :
https://www.islamtimes.org/az/news/842062/misirdə-37-nəfər-terror-ittihamı-ilə-edam-cəzasına-məhkum-edildi

Islam Times
  https://www.islamtimes.org