0
Sunday 2 February 2020 - 00:02

Sionizm əleyhdarları Trampın qondarma sülh planına Nyu-Yorkda etiraz etdi

Story Code : 842095
Sionizm əleyhdarları Trampın qondarma sülh planına Nyu-Yorkda etiraz etdi
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, ABŞ-da Nyu-York meriyası qarşısında toplaşan Fələstin tərəfdarı qeyri-hökumət təşkilatları (QHT) və sionizm əleyhdarı ortodoks yəhudiləri Trampın Netanyahu ilə birlikdə açıqladığı qondarma sülh planına etiraz ediblər.
 
Mitinqi təşkil edən QHT-lərdən “Fələstin üçün ABŞ müsəlmanları”nın nümayəndəsi Vasim Kənan çıxış edərək, “Əsrin müqaviləsi” kimi təqdim olunan planın əslində “Əsrin oğurluğu” olduğunu söyləyib.
 
O, Fələstin xalqına tətbiq edilən Trampın qondarma sülh planının qəbul ediləsi bir tərəfinin olmadığını qeyd edərək, belə danışıb: “Bu plan hələ doğulmadan ölmüşdü və bu da qəsdən planın rədd edilməsi üçün edildi. Məqsəd ilhaqlar üçün fələstinlilərə heç bir variant tanımamaq idi”.
 
Mitinqdə danışan Neturei Karta İnternational təşkilatının ravvini Yisroel David Veiz də qondarma Yaxın Şərq sülh planını sionizm əleyhdarı yəhudilər olaraq tanımadıqlarını vurğulayaraq, belə deyib: “Bu gün bura İsrail rejimindən, İngiltərədən, Kanadadan gələn yəhudi cəmiyyəti nümayəndələri ilə birlikdə qatıldıq, bu planın əleyhinəyik”.
 
Veiz Yaxın Şərqdə problemin mənşəyinə baxılmalı olduğuna diqqət çəkərək, Trampa da belə müraciət edib: “İsrail rejimində təzyiq görən və burada Manhettanın qarşısında Vilyamsburqda yaşayan, dinini bilən yəhudi cəmiyyətinə qulaq as”.
 
İsrail rejimi-Fələstin problemindəki ən mühüm həll yolunun işğala son qoyulması və qeyri-qanuni məskunlaşmaların ləğv edilməsi olduğunu bildirən Veiz, belə davam edib: “Təəssüf ki, bu qondarma sülh planı daha çox nifrət və əziyyət gətirəcək. Yeganə həll yolu işğalı sona çatdırmaqdır”.
Tagged
fələstin