0
Sunday 2 February 2020 - 07:17

Bəhreyn rejiminin işgəncələrinə məruz qalmış daha bir Əhli-Beyt (ə) ardıcılı şəhid oldu

Story Code : 842103
Bəhreyn rejiminin işgəncələrinə məruz qalmış daha bir Əhli-Beyt (ə) ardıcılı şəhid oldu
Deyerler.org LualuaTV-yə istinadən xəbər verir ki, Al Xəlifə rejiminin həbsxanasında ağır işgəncələrə məruz qalan bəhreynli gənc Həmid Xatəm şəhid olub.
Həmid Xatəm 2016-ci ildə Bəhreyn təhlükəsizlik qüvvələrinin Samahic bölgəsindəki evinə etdiyi basqın nəticəsində həbs edilmişdi.
Bəhreyn diktator rejiminin etdiyi ağır işgəncələrdən sonra, xərçəng xəstəsi olan Xatəmə müalicə almasına icazə verilməmişdi.
Bəhreynli gəncin vəziyyəti pisləşəndə azadlığa buraxılmışdı. Lakin xərçəngə qarşı müqavimət göstərən Həmid bütün müdaxilələrə baxmayaraq həyatını itirib.