0
Sunday 2 February 2020 - 08:02

Ərdoğan İstanbulda Həmas Siyasi Bürosunun başçısı ilə görüşüb

Story Code : 842106
Ərdoğan İstanbulda Həmas Siyasi Bürosunun başçısı ilə görüşüb
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar Vahdettin köşkündə bağlı qapılar arxasında keçirilib. 
Qeyd edək ki, bir gün əvvəl Ərdoğanla Fələstin lideri Mahmud Abbas arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı telefon danışığı olub. 
Tərəflər ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həllinə dair təklif etdiyi sülh planı müzakirə edilib. Türkiyə prezidenti Fələstin xalqının öz hüquqları uğrunda mübarizəsinə dəstəyini ifadə edib.