QR CodeQR Code

Rəsmi Kreml: "Əsrin sövdələşməsi" BMT qətnamələrinə ziddir!

IslamTimes , 2 Feb 2020 20:00

İslamTimes: Kreml sözçüsü: Trampın təqdim etdiyi plan BMT qətnamələrinə ziddir


Kreml sözçüsü Dimitri Peskov bu gün Rusiyanın 1-ci kanalı ilə müsahibəsi zamanı ABŞ prezidenti Donald Trampın "Əsrin müqaviləsi" adlandırdığı plan haqda danışıb. Peskov bildirib ki, BMT-nin İsrail-Fələstin problemi ilə bağlı tam, hərtərəfli qətnamələri var və Trampın təqdim etdiyi plan BMT qətnamələrinə ziddir.
 
Kreml sözçüsü deyib: "Biz Fələstin xalqının, o cümlədən bir neçə ərəb dövlətinin "Əsrin müqaviləsi" planına ciddi etirazına şahid olduq. Məhz bu etirazlar Rusiyanın uyğun planla bağlı mövqeyinə təsir göstərir."

Qeyd edək ki, daha öncə müsəlmanların ilkin qibləsi olan Fələstinin Qüds şəhərini İsrailin paytaxtı elan ABŞ prezidenti, yeni planı ilə Fələstin dövlətinə məxsus bir çox əraziləri işğalçı İsrailə vermək niyyətindədir.


Story Code: 842218

News Link :
https://www.islamtimes.org/az/news/842218/rəsmi-kreml-əsrin-sövdələşməsi-bmt-qətnamələrinə-ziddir

Islam Times
  https://www.islamtimes.org