0
Sunday 2 February 2020 - 20:00

Rəsmi Kreml: "Əsrin sövdələşməsi" BMT qətnamələrinə ziddir!

Story Code : 842218
Rəsmi Kreml: "Əsrin sövdələşməsi" BMT qətnamələrinə ziddir!
Kreml sözçüsü Dimitri Peskov bu gün Rusiyanın 1-ci kanalı ilə müsahibəsi zamanı ABŞ prezidenti Donald Trampın "Əsrin müqaviləsi" adlandırdığı plan haqda danışıb. Peskov bildirib ki, BMT-nin İsrail-Fələstin problemi ilə bağlı tam, hərtərəfli qətnamələri var və Trampın təqdim etdiyi plan BMT qətnamələrinə ziddir.
 
Kreml sözçüsü deyib: "Biz Fələstin xalqının, o cümlədən bir neçə ərəb dövlətinin "Əsrin müqaviləsi" planına ciddi etirazına şahid olduq. Məhz bu etirazlar Rusiyanın uyğun planla bağlı mövqeyinə təsir göstərir."

Qeyd edək ki, daha öncə müsəlmanların ilkin qibləsi olan Fələstinin Qüds şəhərini İsrailin paytaxtı elan ABŞ prezidenti, yeni planı ilə Fələstin dövlətinə məxsus bir çox əraziləri işğalçı İsrailə vermək niyyətindədir.
Source : IslamTimes