0
Sunday 2 February 2020 - 21:17

Bəhreynli mübariz gənc həbsxanada dünyasını dəyişdi

Story Code : 842231
Bəhreynli mübariz gənc həbsxanada dünyasını dəyişdi

İslamazeri.com İran mediasına istinadən xəbər verri ki, bir bəhreynli mübariz gənc Ali-Xəlifə rejimi hərbçilərinin işgəncələri və müalicədən məhrumolma üzündən bu rejim məhbəslərindən birində həyatını itirib.
Bəhreynli mübariz gənc Həmid Xatəm 2016-cı ilin iyul ayında Bəhreyn təhlükəsizlik qüvvələrinin Ali-Xəlifə rejimini tənqidetmə ittihamı ilə onun Əlsəmahiç bölgəsində yerləşən mənzilinə hücumunda həbs olunaraq, zindana məhkum olunmuşdu. O şənbə günü son mənzilə yola salınıb.
Bu bəhreynli gənc zindanda bir çox işgəncələrə dözdükdən, xərçəng xəstəliyinə tutulduqdan və müalicədən məhrum edildikdən sonra həyatını itirib.
Bəhreyn Milli İslami Birlik cəmiyyəti dəfələrlə bu ölkədəki siyasi məhbusların nicatı üçün bütün beynəlxalq və hüquqi tərəflərin təcili addım atmalarını istəmişdi.
2011-ci ildə Bəhreyndə etirazların başlanmasından sonra bu ölkənin təqribən beş min vətəndaşı siyasi əqidəsini bəyan etdiyinə görə, həbs olunaraq, Bəhreyn məhbəslərinə atılıb.
 
Source : Islamazeri
Tagged
bəhreyn
Comment