QR CodeQR Code

Bəhreynli mübariz gənc həbsxanada dünyasını dəyişdi

Islamazeri , 2 Feb 2020 21:17

İslamtimes - Bəhreynli mübariz gənc Ali-Xəlifə rejimi hərbçilərinin işgəncələri və müalicədən məhrumolma üzündən bu rejim məhbəslərindən birində həyatını itirib.



İslamazeri.com İran mediasına istinadən xəbər verri ki, bir bəhreynli mübariz gənc Ali-Xəlifə rejimi hərbçilərinin işgəncələri və müalicədən məhrumolma üzündən bu rejim məhbəslərindən birində həyatını itirib.
Bəhreynli mübariz gənc Həmid Xatəm 2016-cı ilin iyul ayında Bəhreyn təhlükəsizlik qüvvələrinin Ali-Xəlifə rejimini tənqidetmə ittihamı ilə onun Əlsəmahiç bölgəsində yerləşən mənzilinə hücumunda həbs olunaraq, zindana məhkum olunmuşdu. O şənbə günü son mənzilə yola salınıb.
Bu bəhreynli gənc zindanda bir çox işgəncələrə dözdükdən, xərçəng xəstəliyinə tutulduqdan və müalicədən məhrum edildikdən sonra həyatını itirib.
Bəhreyn Milli İslami Birlik cəmiyyəti dəfələrlə bu ölkədəki siyasi məhbusların nicatı üçün bütün beynəlxalq və hüquqi tərəflərin təcili addım atmalarını istəmişdi.
2011-ci ildə Bəhreyndə etirazların başlanmasından sonra bu ölkənin təqribən beş min vətəndaşı siyasi əqidəsini bəyan etdiyinə görə, həbs olunaraq, Bəhreyn məhbəslərinə atılıb.
 


Story Code: 842231

News Link :
https://www.islamtimes.org/az/news/842231/bəhreynli-mübariz-gənc-həbsxanada-dünyasını-dəyişdi

Islam Times
  https://www.islamtimes.org