QR CodeQR Code

Londonda terror aktı baş verib, yaralılar var

3 Feb 2020 06:31

İslamTimes: Bu gün Londonun Stretem rayonunda naməlum şəxs bıçaqla insanlara hücum çəkib.


APA-nın London bürosunun verdiyi xəbərə görə, nəticədə üç nəfər yaralanıb, hadisəni törədən şəxs polis tərəfindən güllələnərək zərərsizləşdirilib. Polis hadisənin terror aktı olduğunu bildirib.

Britaniyanın Baş Naziri Boris Conson hadisə ilə bağlı “Twitter” hesabında açıqlama verib. O, xəsarət alanlarla bağlı narahatlıq keçirdiyini qeyd edib.

 


Story Code: 842262

News Link :
https://www.islamtimes.org/az/news/842262/londonda-terror-aktı-baş-verib-yaralılar-var

Islam Times
  https://www.islamtimes.org