QR CodeQR Code

BƏƏ-dən Haftara 3 min tonluq hərbi yardım

3 Feb 2020 07:39

İslamTimes: Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftara külli miqdarda silah yardımı edib.


Axar.az xəbər verir ki, bu barədə Fransada kəşfiyyat məlumatları yayan “İntelligence Online” qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, BƏƏ şahzadəsi Məhəmməd bin Zayed Haftara son iki həftə ərzində 3 min ton hərbi təchizat göndərib.

“Əbu Dabi vəliəhd şahzadəsinin iki həftə ərzində Haftara verdiyi yardım il ərzində etdiyi dəstəyə bərabərdir”, - qəzet yazıb.

Qeyd edək ki, Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğan da BƏƏ-nin Haftara böyük dəstək verdiyini bir neçə dəfə bəyan edib.


Story Code: 842264

News Link :
https://www.islamtimes.org/az/news/842264/bəə-dən-haftara-3-min-tonluq-hərbi-yardım

Islam Times
  https://www.islamtimes.org