QR CodeQR Code

Suriya hərbçiləri İdlibdə terrorçuların qərargah kimi istifadə etdiyi bir bunker tapıb

3 Feb 2020 09:06

İslamTimes: Suriya ordusunun əsgərləri İdlib əyalətində hərbi əməliyyat zamanı “Cəbhət ən-Nüsra” terror qruplaşmasının qərargahı kimi istifadə edilən bunker aşkarlayıb.


APA-nın “SANA” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular bunkeri hazırda hökumət qüvvələrinin mühasirəyə aldığı Sarakib şəhərinin cənubundakı Maar-Debsa bölgəsində qayanın içərisində yaradıbdılar.

Qərargahın yaxınlığındakı tuneldə silahla dolu bir anbar və partlayıcı qurğular yaratmaq üçün emalatxana da aşkar edilib. Terrorçuların uzun müddət qalması üçün bunkerdə havalandırma sistemi də quraşdırılıb.


Story Code: 842268

News Link :
https://www.islamtimes.org/az/news/842268/suriya-hərbçiləri-idlibdə-terrorçuların-qərargah-kimi-istifadə-etdiyi-bir-bunker-tapıb

Islam Times
  https://www.islamtimes.org