QR CodeQR Code

Pakistanda bir ailənin 7 üzvü minaatandan atılan atəş nəticəsində öldürülüb

3 Feb 2020 11:24

İslamTimes: Pakistanın şimal-qərbində naməlum silahlıların Əfqanıstan tərəfdən minaatanla açdığı atəş nəticəsində bir ailənin 7 üzvü ölüb, onların arasında qadın və dörd uşaq da var


APA xəbər verir ki, bu barədə yerli “PTI” agentliyi məlumat yayıb.

Mərmi Hayver-Pahtunxva əyalətinin sərhəd bölgəsində yerləşən Baatvar Banqro kəndində pakistanlı bir ailənin evinə tuş gəlib. Ailənin evi tamamilə dağılıb.

Əyalətin Bacaur dairəsinin polis nümayəndəsi faktı “Anadolu” agentliyinə təsdiqləyib. Bildirilir ki, bundan əvvəl Bacaur dairəsi “Taliban” hərəkatının silahlıları tərəfindən atəşə tutulmuşdu.


Story Code: 842313

News Link :
https://www.islamtimes.org/az/news/842313/pakistanda-bir-ailənin-7-üzvü-minaatandan-atılan-atəş-nəticəsində-öldürülüb

Islam Times
  https://www.islamtimes.org