0
Monday 11 July 2011 - 10:15

Əhməd Davudoğlu İrandadır

Story Code : 84235
Əhməd Davudoğlu İrandadır
Əhməd Davudoğlu İrandadır
Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Əli Əkbər Salehi bildirib ki, onun ölkəsi Türkiyə və Suriya ilə qardaş və dost ölkədir. «Biz düşünürük ki, əslində bir ailənin üzvləri kimi ölkələrimiz arasında aparılan danışıqlar yolu ilə Suriya xalqının qanuni tələblərini nəzərə alacaq tədbirlər görülməli, ABŞ-ın bu məsələyə icazəsiz müdaxiləsinin mümkünlüyünün qarşısı alınmalıdır»-Əli Əkbər Salehi belə deyib.

Öz növbəsində Türkiyənin xarici işlər naziri regionda zorakılığı pisləyərək ölkələrin ona soy qoymaq üçün birgə həll yolu tapmasının vacibliyini qeyd edib. «Biz təkcə Suriya barədə danışmadıq. Biz regionla bağlı bütün mövzularda fikir mübadiləsi apardıq və regionun istənilən yerində mümkün zorakılıq hallarının qarşısının alınmasını vacib hesab edirik.»-deyə Əhməd Davudoğlu bildirib.

Əhməd Davudoğlu eyni zamanda İsrail rejiminin ötən il göyərtəsində türk sülh fəalları olan humanitar yardım flotiliyasına hücumu ilə bağlı sualı cavablandırarkən istənilən digər ölkələr kimi Təl-əvivin də törətdiyi hər hansı cinayətə görə cavab verməli olduğunu deyib. O, İsrail rejimini beynəlxalq öhdəlik və nizamnamələri yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında səfərdə olan Əhməd Davudoğlu Türkiyəyə geri qayıtmalı olsa da, son anda marşrutunu dəyişərək İrana gəlib. /ANS PRESS/
Comment