QR CodeQR Code

Xmeymimdə iki pilotsuz məhv edilib

IslamTimes , 3 Feb 2020 23:27

İslamTimes: Rusiya hərbçilərinin məskunlaşdığı aviabazaya yaxınlaşan PUA-lar məhv edilib


Suriya və Rusiya KİV-i Suriyanın Laziqiyyə şəhərinin cənub-şərqində yerləşən Xmeymim aviabazası yaxınlığında təcavüzkar qüvvələrin iki pilotsuzunun məhv edildiyi barədə xəbər yayıb.
"Reuters" "Əl-Əxbariyə" xəbər agentliyinə istinadən bildirir ki, Xmeymim aviabazasındakı havadan müdafiə sistemi bu PUA-ları zərərsizləşdirib. 
Qeyd edək ki, 2015-ci ildə Suriyaya daxil olmuş Rusiya hərbçilərinin bir hissəsi Xmeymim aviabazasına yerləşdirilib.
PUA-ların hansı qüvvələrə məxsus olduğu ilə bağlı hələ ki, məlumat verilməyib.


Story Code: 842439

News Link :
https://www.islamtimes.org/az/news/842439/xmeymimdə-iki-pilotsuz-məhv-edilib

Islam Times
  https://www.islamtimes.org