QR CodeQR Code

Türk ölkəsindən Ermənistana böyük jest – İrəvan açıqladı

4 Feb 2020 07:33

İslamTimes: Qazaxıstanın köməyi ilə Çinin Uhan şəhərindən çıxarılan Ermənistan vətəndaşı Suzanna Ağacanyan paytaxt Nursultan şəhərindəki xəstəxanalardan birində yerləşdirilib.


Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Mənbələr Ağacanyanın koronavirisun yayıldığı Uhandan çıxarılan Qazaxıstan vətəndaşları ilə birlikdə 14 günlük karantinə yerləşdirildiyini bildirib.

Erməni KİV uçuş zamanı digər Ermənistan və Qazaxıstan vətəndaşlarını qazax həkimlərin müşayiət etdiyini vurğulayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Nağdalyan Çindəki Ermənistan vətəndaşlarının çıxarılması üçün Qazaxıstan hökumətinə müraciət etdiklərini açıqlayıb. Qarşı tərəf isə rəsmi İrəvanın bu müraciətinə müsbət cavab verib.


Story Code: 842458

News Link :
https://www.islamtimes.org/az/news/842458/türk-ölkəsindən-ermənistana-böyük-jest-irəvan-açıqladı

Islam Times
  https://www.islamtimes.org