QR CodeQR Code

Oqtay Gülalıyevdən son xəbər

4 Feb 2020 09:59

İslamTimes: Oqtay Gülalıyevin son dördüncü əməliyyatdan sonra durumu nisbətən yaxşıdır. Hər iki gözünü açır. Ancaq təəssüf ki, reaksiyaları tam deyil.


Bu sözləri Axar.az-a ötən il avtomobil qəzası keçirərək komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəvi dostu jurnalist-yazar Zümrüd Yağmur deyib.

O bildirib ki, həkimlər Oqtay bəyin durumu ilə bağlı hələ də konkret olaraq bir söz demir:

“Sonuncu dəfə Oqtay bəyin həyat yoldaşı Firuzə xanımla danışmışam. Firuzə xanım bildirdi ki, gözlərində hələ heç bir reaksiya yoxdur. Gözlərini açsa da, ancaq bir istiqamətə baxır. Qarşısında, yanında gəzən adamı gözləri ilə izləmir. Onu çağıranda hələ reaksiya vermir. Ancaq yanına kimsə gələndə onu hiss edir. Yəni üzündən, cizgilərindən hiss olunur ki, sevinir kimisə görəndə”.


Story Code: 842513

News Link :
https://www.islamtimes.org/az/news/842513/oqtay-gülalıyevdən-son-xəbər

Islam Times
  https://www.islamtimes.org