QR CodeQR Code

"Qazprom" Ukrayna ərazisi ilə Avropaya qazın nəqlini 70% azaldıb

4 Feb 2020 10:52

İslamTimes: Bu ilin yanvar ayında Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya 2,65 mlrd. kubmetr qaz nəql edib.


"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə "Qazprom"un Ukrayna ərazisi ilə Avropaya qazın nəqli 70% azalıb.
Ötən il dekabrın 30-da "Qazprom" və "Naftogaz" arasında beşillik tranzit müqaviləsi də daxil olmaqla, Ukrayna üzərindən qazın tədarükünü davam etdirmək üçün bir sıra müqavilələr imzalanıb. Bunlara əsasən, "Qazprom" ilk ildə 65 mlrd. kubmetr, növbəti 4 ildə isə 40 mlrd. kubmetr qazın nəql edəcəyinə zəmanət verib.


Story Code: 842526

News Link :
https://www.islamtimes.org/az/news/842526/qazprom-ukrayna-ərazisi-ilə-avropaya-qazın-nəqlini-70-azaldıb

Islam Times
  https://www.islamtimes.org