0
Tuesday 4 February 2020 - 11:37

MKİ direktorunun Fələstinə məxfi səfəri – Sensasiyalı görüşlər

Story Code : 842530
MKİ direktorunun Fələstinə məxfi səfəri – Sensasiyalı görüşlər
Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tərəfindən "Əsrin anlaşması" kimi tanınan sülh planının elanından iki gün sonra Fələstin rəsmiləri ilə təmas quran Haspel prezident Mahmud Abbasla görüşməyib.
Haspelin Ramallahdakı gizli görüşündən sonra işğalçı İsrail rejimi rəsmiləri ilə görüşdüyü də təsdiqlənib.
Fələstin Kəşfiyyat İdarəsinin prezidenti Məcid Fərəc ilə görüşən Haspel fələstinlilərin plana reaksiyalarını, işğalçı israillilərlə hazırkı və gələcək münasibətlərini araşdırmağı məqsəd seçib.
Haspel görüş zamanı bildirib ki, Fələstin-ABŞ əlaqələri siyasi səviyyədə kəsilsə də, pozulmayıb və belə də davam etdiriləcək.
Mahmud Abbasın fikrincə, MKİ ilə əlaqələr pozulmayıb. Əlaqələrin iki ildir siyasi səviyyədə kəsildiyini xatırladan prezident ABŞ və İsrailə mesaj göndərib: “İmzalanan müqavilələr və beynəlxalq öhdəliklərin rədd edilməsi baxımından, təhlükəsizlik işləri də daxil olmaqla sizinlə heç bir əlaqə qurulmayacaq”.