QR CodeQR Code

Bəhreyn xalqı şəhidini əzəmətli mərasimlə son mənzilə yola saldı

IslamTimes , 4 Feb 2020 14:28

İslamTimes: Xalq Ali-Xəlifə rejiminin dəhşətli işkəncələri səbəbindən, başında şiş yaranan, görmə qabiliyyətini itirdikdən sonra şəhid olan gənclə belə vidalaşdı


Əl-Aləm şəbəkəsi Bəhreyndə Ali-Xəlifə rejiminin işkəncələri səbəbindən şəhid olan gəncin dəfn mərasimi haqda xəbər hazırlayıb.
Seyid Kazim Abbas adlı şəhidin dəfn mərasimində iştirak edən xalq Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndiriblər. Bu gənc 2015-ci ildə Bəhreyn hava limanında həbs edilərək, təxribat törətmək ittihamı ilə 10 il azadlıqdan məhrum edilib. Daha sonra onun həbsi məhkəmənin qərarı ilə 5 ilə endirilib.
Tam sağlam ikən həbsxanaya düşən Seyid Kazim Abbas Ali-Xəlifə rejiminin dəhşətli işkəncələrindən sonra bir sıra xəstəliklərə yoluxub. Ən qorxunc hadisə isə onun başında şiş aşkar olunması olub. Üz nahiyəsi çirkləmiş, ciddi ağrıları olan gəncin azad edilməsi üçün istəklərə dövlət rədd cavabı verib. Məhbus həbsxananın tibb mərkəzində təhqir olunub və ona ara-sıra ağrıkəsici iynələr vurulmaqdan başqa heç bir tibbi yardım göstərilməyib. O inanılmaz şəkildə arıqladıqdan, görmə qabiliyyətini itirdikdən sonra, 3 fevral tarixində əbədi olaraq dünyaya gözlərini qapadıb.
Bəhreyn xalqı şəhidin dəfn mərasimində iştirak edərək rejimin bu cinayətlərinə görə cavab verməli olduğunu bildiriblər.
 


Story Code: 842570

News Link :
https://www.islamtimes.org/az/news/842570/bəhreyn-xalqı-şəhidini-əzəmətli-mərasimlə-son-mənzilə-yola-saldı

Islam Times
  https://www.islamtimes.org