0
Tuesday 4 February 2020 - 23:06

İran və İraq Süleymaninin öldürülməsinə görə beynəlxalq məhkəmələrə şikayət edəcəklər

Story Code : 842683
İran və İraq Süleymaninin öldürülməsinə görə beynəlxalq məhkəmələrə şikayət edəcəklər
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bildirib.
O deyib ki, hazırda Məhkəmə Sistemi və Xarici İşlər Nazirliyi birlikdə şikayət üçün sənəd hazırlayır.
“Tehran prokurorluğu tərəfindən müvafiq sənədlər hazırlanır. İraq da bu məsələ ilə bağlı ayrıca şikayət edəcək”, - deyə Q. İsmaili qeyd edib.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşd əl-Şəbi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər şəhid olub. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.