QR CodeQR Code

Böyük Britaniya jurnalistləri Boris Consonun brfinqini boykot ediblər

4 Feb 2020 23:40

İslamTimes: Böyük Britaniyanın hökumətin fəaliyyətini işıqlandıran jurnalistləri baş nazir Boris Consonun brifinqini etiraz əlaməti olaraq tərk ediblər.


Musavat.com BBC-yə istinadən xəbər verir ki, buna əsas səbəb baş nazirin köməkçilərinin hökumətə qarşı tənqidi yanaşan və solçu mətbuatı tədbirə buraxmaq istəməməsi olub.
Belə ki, dəvət olunan reportyorları baş nazirin rezidensiyasının vestibülündə bir tərəfə, digərlərini isə xalçanın başqa tərəfində durmasını istəyiblər. Bunların arasında sol oriyentasiyalı “Independent”, “Huffington Post” və “Mirror” qəzetlərinin əməkdaşları da olub. Lakin qalan jurnalistlər də, o cümlədən BBC-nin siyasət bölməsinin redaktoru Lora Kunsberq də hökumət işçilərinin direktivinə etiraz edərək tədbirə qatılmayıblar.
Böyük Britaniyada mətbuat uzun müddətdir ki, onu özünü ABŞ prezident Donald Trampa bənzətməyə çalışmaqda ittiham edir. Məlum olduğu kimi, Donald Tramp da mətbuat konfranslarına ona qarşı tənqidi mövqedə duran KİV təmsilçilərini buraxmır. Əvəzində Ağ Evin birifnqləri Trampa yaltaqlanan radikal sağçı və heç kimin tanımadığı jurnlaistlərlə doldurulur.
Boris Conson isə bu yaxınlarda özünün kəskin sualları ilə tanınan BBC aparıcısı Endryu Nilin suallarına nümayişkaranə surətdə cavab verməyərək mətbuatla arasını daha da pisləşdirib.
Bundan başqa, baş nazirin birifinqlərini heç də neytral bölgə sayılmayan hökumət rezidensiyasına keçirməsindən də narazılıqlarını ifadə edirlər. Boris Conson hətta öz nazirlərinə müəyyən telekanal və proqramlara müsahibə verməyi, o cümlədən jurnalistlərlə qeyri-formal şəraitdə görüşməyi də yasaqlayıb.


Story Code: 842684

News Link :
https://www.islamtimes.org/az/news/842684/böyük-britaniya-jurnalistləri-boris-consonun-brfinqini-boykot-ediblər

Islam Times
  https://www.islamtimes.org