0
Wednesday 5 February 2020 - 10:29

BMT-nin Baş katibi: "Artıq Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilmir"

Story Code : 842780
BMT-nin Baş katibi: "Artıq Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilmir"
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında deyib.

“Liviyadan, Yəməndən Suriyaya qədər və daha da ətrafa – eskalasiya vəziyyəti qayıdır. Silahlar işə düşür. Hücumlar artır”, - deyə Quterreş narahatlıqla bildirib.

O qeyd edib ki, “bütün vəziyyətlərin fərqli olmasına baxmayaraq, artan qeyri-sabitlik və gərginlik hiss olunur” ki, bu da vəziyyəti daha xoşagəlməz və idarəolunmaz hala gətirir, bununla da kritik səhv riski artır: “Artıq Təhlükəsizlik Şurasının qətnamələrinə riayət olunması onun mürəkkəbi quruyanadək davam edir”.