0
Wednesday 5 February 2020 - 23:00

ABŞ dünyanı şantaj etməyə hazırlaşır

Story Code : 842901
ABŞ dünyanı şantaj etməyə hazırlaşır

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, ABŞ hökuməti Ümumdünya Ticarət Təşkilatının (ÜST) razılaşmalarından birindən çıxmaqla bütün dünyanı şantaj etməyə qərar verib.
Bu barədə "Bloomberg" yazıb. Nəşr bildirir ki, söhbət dövlət satınalmalarından gedir.
Vaşinqtonun narazı olduğu razılaşma iştirakçı ölkələrin üzərinə əcnəbi şirkətlər üçün öz dövlət satınalmaları bazarını yaratmaq və onu daha rəqabətqabiliyyətli etmək öhdəliyi qoyur. ABŞ Prezidenti Donald Trampın administrasiyası hesab edir ki, bu, milli maraqlara ziddir.
Qeyd edilir ki, mübahisəli razılaşmanın tənzimlədiyi satınalmaların ümumi həcmi 1.7 trilyon dollardır.
ABŞ-ın razılaşmadan çıxması Amerikanın dövlət satınalmaları bazarında qeyri-müəyyənlik yarada və xarici şirkətləri qorxuda bilər.
2019-cu ilin avqustunda Tramp demişdi ki, lazım gələrsə, ABŞ ÜST-dən çıxar. Ancaq o vaxtdan bəri bunun üçün konkret addımlar atılmayıb.
 
Source : islamazeri
Tagged
abş
Comment