0
Wednesday 5 February 2020 - 20:32

Ərdoğandan şok iddia: ABŞ məni və MİT rəhbərini hədələyir

Story Code : 842905
Ərdoğandan şok iddia: ABŞ məni və MİT rəhbərini hədələyir
ABŞ prezidenti Donald Trampın dildə sülh planı adlandırdığı, əslində isə Fələstin torpaqlarının işğalından başqa bir şey olmayan layihəni tənqid edənTürkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib:
"Təəssüflər olsun ki, bu gün Amerika həm məni, həm də MİT-in (kəşfiyyat idarəsi) rəisi Hakan Fidanı təhdid edir. Onlar Türkiyədəki bəzi maliyyə idarələrinə qarşı da hədə-qorxu gəlirlər. Amma bunu bilməlidirlər ki, bu hədə-qorxuların heç bir nəticəsi olmayacaq."
Qeyd edək ki, Türkiyə mətbuatı İsrail KİV-ində Türkiyə kəşfiyyat idarəsinin rəhbəri Hakan Fidan haqda məqalə dərc edildiyini bildirib. Bu məqalənin Hakan Fidana qarşı sui-qəsd planından xəbər verdiyi iddia edilir.
Bəzi kütləvi informasiya vasitələri İsrail mediasında Hakan Fidana terror hazırlanması ilə bağlı xəbərlər yazıldığını da bildirib. Sionist mediası yazıb ki, Qasim Süleymaninin terrorundan sonra indi növbə Hakan Fidana çatıb!
Source : IslamTimes
Tagged
türkiyə