0
Wednesday 5 February 2020 - 23:52

Suriya ordusu Səraqib şəhərinin qapılarına çatdı

Story Code : 842915
Suriya ordusu Səraqib şəhərinin qapılarına çatdı
Son günlərdə xarici qüvvələrin təzyiqlərinə baxmayaraq, terrorçulara qarşı mübarizəni əzmlə davam etdirən Suriya ordusu Səraqib şəhərinin qapılarına çatıb. "Ən-Nəşrə" xəbər agentliyi bildirir ki, artıq Suriya ordusu Səraqib-Hələb beynəlxalq şossesinə nəzarəti ələ alıb.
Suriya qüvvələri həmçinin Hələbin cənubundakı terrorçulara yardım xəttini bağlamağa nail olub. 
Qeyd edək ki, artıq İdlibin 90 məntəqəsi ordu tərəfindən təmizlənib.
Rusiya KİV-i İdlib şəhərində "ağ papaqlılar" kimi tanınan qrupun ABŞ-ın hazırladığı ssenari əsasında fəaliyyət göstərdiyini bildirib. Onlar Suriya ordusunun dünya ölkələri tərəfindən cinayətkar rejim kimi tanınması üçün çəkilişlər aparır və quraşdırılmış səhnələr əsasında ordunun qadağan olunmuş silahlardan istifadə etdiyini nümayiş etdirmək istəyir.
Source : IslamTimes