0
Thursday 6 February 2020 - 07:32

Respublikaçılar Trampı qorudu

Story Code : 842933
Respublikaçılar Trampı qorudu
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, beləliklə, Ağ Evin rəhbəri ittiham edilməyəcək və hakimiyyətdən uzaqlaşdırılmayacaq.

Respublikaçı senatorlar Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq ittihamı ilə təqsirli bilmədilər. Bununla da Trampın impiçment prosesi bitmiş hesab edilib.

Qeyd edək ki, ABŞ prezidentinin hakimiyyətdən uzaqlaşdırılması üçün senatorların səslərinin üçdə ikisi tələb olunurdu. Lakin gözlənildiyi kimi Senatda çoxluq təşkil edən Respublikaçılar Trampa qarşı impiçmentin əleyhinə olduğunu bildiriblər.