0
Thursday 6 February 2020 - 10:13

ABŞ-da koronavirusa yoluxanların sayı 12-yə çatıb

Story Code : 842987
ABŞ-da koronavirusa yoluxanların sayı 12-yə çatıb
APA xəbər verir ki, bu barədə ABŞ-ın Səhiyyə İdarəsinin məlumatında bildirilib.
Sonuncu yoluxma halı Viskonsin ştatında qeydə alınıb.
Bu günə olan məlumata görə, ABŞ-da koronavirusa yoluxmada şübhəli bilinən 10 nəfərdən qan analizləri götürülüb. Onlardan 7-də mənfi, 1 nəfərdə isə müsbət nəticə olub. Daha 2 nəfərin isə qan nümunələrinin cavabı məlum deyil.
Ümumilikdə, fevralın 4-ü axşam ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin məlumatına görə, ölkədə 293 nəfər virus şübhəsilə yoxlanılıb, onlardan 11-i müsbət, 206-sı isə mənfi nəticə verib. Daha 76 nəfərin cavabları açıqlanmayıb.