QR CodeQR Code

Yaponiya 2020-ci il Olimpiya oyunları üçün halal sənayeni inkişaf etdirir

6 Feb 2020 13:42

İslamTimes: İslamTimes: Tokio, 2020-ci ilin yayında keçiriləcək Olimpiya oyunlarına fəal hazırlaşır.


Yaponiya hakimiyyəti bu böyük idman tədbirində iştirak etmək istəyən hər kəsin mümkün qədər rahat olması üçün hər şeyi nəzərə almağa çalışır. Buna görə ölkədə halal sənayesi fəal inkişaf etdirilir.
"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, əksər Yapon restoran və kafeləri, şəriət normalarına uyğun olaraq Yaponiyanın "Halal" fondu tərəfindən şəriət sertifikatları alır. Fond, ümumilikdə Yaponiyada və 2020-ci il Olimpiadası zamanı halal yeməklərin təchizatçısı olan Dünya Müsəlman Birliyi ilə müqavilə imzalayıb. Bundan əlavə, bir neçə böyük otel, müsəlmanlar üçün din normalarına uyğun olan hər cür şərait yaradıb. Bunların arasında "Park Hyatt" və "Richmond Otel" halal yemək, ibadət etməyə imkan və avadanlığı təqdim edib. Müsəlmanlar üçün yaradılan əsas rahatlıqlardan biri, vaxtında ibadət etməyə şəraitin yaradılmasıdır və bu məqam Yaponiya hakimiyyəti tərəfindən xüsusi olaraq nəzərə alınıb. Hərəkətli mobil məscidlər idman tədbirlərinin bütün nöqtələrində fəaliyyət göstərəcək.


Story Code: 842992

News Link :
https://www.islamtimes.org/az/news/842992/yaponiya-2020-ci-il-olimpiya-oyunları-üçün-halal-sənayeni-inkişaf-etdirir

Islam Times
  https://www.islamtimes.org