QR CodeQR Code

Qərb sahilində gərginlik artır - 4 fələstinli şəhid oldu, 16 sionist yaralandı

IslamTimes , 6 Feb 2020 19:43

İslamTimes: Qərb Sahilində sionist hərbçilərin cinayətlərinə etiraz edən fələstinlilərlə işğalçı İsrail əskərləri arasında qarşıdurma yaşanıb


ABŞ-ın "Əsrin sövdələşməsi" adlı layihəni təqdim etməsindən sonra İslam ölkələrində, xüsusi ilə Fələstinin özündə ciddi etirazlar başlayıb. Torpaqlarının Donald Tramp tərəfindən sionistlərə bağışlanma planına etiraz edən fələstinlilər bu gün sionist hərbçilərlə üz-üzə gəlib. Qaniçən İsrail rejiminin əskərləri ilə yaşanan qarşıdurma nəticəsində son 24 saat ərzində 4-cü fələstinli şəhadətə çatıb. Sionist tərəfdən isə 16 hərbçinin yaralandığı xəbər verilir.
Fələstinlilərin İsrail hərbçiləri tərəfindən qətlə yetirilməsini həzm edə bilməyən bir fələstinli avtomobil ilə 14 sionist hərbçini vuraraq hadisə yerindən uzaqlaşıb. İsrail tərəfi yaralılardan birinin durumunun kritik olduğunu bildirib.


Story Code: 843082

News Link :
https://www.islamtimes.org/az/news/843082/qərb-sahilində-gərginlik-artır-4-fələstinli-şəhid-oldu-16-sionist-yaralandı

Islam Times
  https://www.islamtimes.org