0
Thursday 6 February 2020 - 20:16

İraqda etirazçıların lideri ilə bağlı şok detallar üzə çıxdı

Story Code : 843086
İraqda etirazçıların lideri ilə bağlı şok detallar üzə çıxdı
İraqda etiazların başlamasından 4 ay ötməsinə baxmayaraq, yeni baş nazirin təyin edilməsindən sonra belə etirazların səngiməməsi aksiyaların əsil mahiyyətinin düşünüldüyündən fərqli olduğunu sübuta yetirdi. Sosial şəbəkələr vasitəsi ilə iraqlı gəncləri yönləndirən şəxsin xarici qüvvələrə işlədiyi artıq sübuta yetirilib.
"BurathaNews" xəbər verir ki, etirazçıların əsas liderlərindən olan Stiven Nəbilin yeniyetmə yaşlarından ABŞ kəşfiyyat orqanları ilə, o cümlədən bir sıra rəsmilərlə əlaqdə olduğunu sübuta yetirən görüntüləri üzə çıxıb.
Stiven Nəbil orta təhsilini İraqda alıb, 2003-cü ildə ailəsi ilə birlikdə ABŞ-a köçüb və orada Amerika qəzetlərindən birində fəaliyyət göstərir.
Stiven Nəbilin İraqın ABŞ tərəfindən işğalından cəmi bir il sonra 2004-cü ildə John Negroponte ilə çəkdirdiyi şəkil üzə çıxıb. John Negroponte ABŞ-ın İraqdakı səfiri olub.
İŞİD üzərində böyük qələbə əldə edən Həşd əl-Şəbi kimi Müqavimət Hərəkatları İraqda xalq tərəfindən sevilir. Şiə qrupların siyasi arenada baş qaldırması ABŞ-ın bütün planlarını alt-üst etdiyindən, onlar İraqda qarışıqlıq yaradaraq, Müqavimət Hərəkatını nüfuzdan salmağa çalışır.
Source : IslamTimes