QR CodeQR Code

Suriya ordusu Türkiyəyə etiraz etdi

IslamTimes , 6 Feb 2020 20:57

İslamTimes: Suriya ordusu: "Gecə baş verən hadisələr Türkiyə ilə İsrail arasında terrorçulara yardım üçün anlaşma əldə ediliyini deməyə əsas verir"


Suriya ordusu Türkiyə dövlətinin öz əməlləri ilə terrorçuların güclənməsinə səbəb olduğunu bildirərək, bu dövlətə etiraz edib. Ordu son bəyanatında bildirib:
"Cümə axşamı gecə yarı Türkiyədən böyük bir avtomobil karvanı Suriya ərazisinə daxil oldu. Onlar İdlibdə son nəfəslərini verən terrorçulara yardım üçün gəlmişdi. Bu hadisə ilə eyni zamanda işğalçı İsrail rejimi Dəməşqi raketlərlə hədəf almağa başladı. Onlar sanki bizim diqqətimizi terrorçulara göndərilən yardımdan yayındırmağa çalışırdılar..."
Suriya ordusu bildirib ki, bu hadisələr Türkiyə ilə İsrail arasında terrorçulara yardım üçün anlaşma əldə ediliyini deməyə əsas verir.
Qeyd edək ki, ordu artıq İdlibin 90 məntəqəsinə nəzarəti ələ alıb və strateji əhəmiyyətli Səraqib şəhərinə daxil olub.


Story Code: 843092

News Link :
https://www.islamtimes.org/az/news/843092/suriya-ordusu-türkiyəyə-etiraz-etdi

Islam Times
  https://www.islamtimes.org