0
Friday 7 February 2020 - 09:54

İdlibdə humanitar vəziyyətin düzəlməsi üçün terrorçulara dəstəyə son verilməlidir!

Story Code : 843130
İdlibdə humanitar vəziyyətin düzəlməsi üçün terrorçulara dəstəyə son verilməlidir!
Əl-Məyadin şəbəkəsinin verdiyi məlumata əsasən, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşar Cəfəri BMT-nin İdlib vilayətindəki son durumla bağlı təşkil etdiyi yığıncaqda çıxış edərək deyib: 
"İdlib Suriyanın bir hissəsidir və biz xaici qüvvələrin bu məntəqədəki qeyri-qanuni mövcudiyyətini qəbul etmirik!"
Bəşar Cəfəri əlavə edib: 
"Təəccüblüdür ki, bu iclasın keçirilməsini istəyən ölkələr Türkiyə və İsrailin Suriyanın suverenliyini pozmasına göz yumur və bu ölkələrin qərəzli, işğalçı addımlarına etiraz etmir! 
BMT öz məsuliyyətini tam şəkildə yerinə yetirməlidir. Türkiyə hakimiyyətinin terrorçuları dəstəkləməsinə son verilməlidir. Xarici ölkələrdən İdlibə toplanan terrorçuların qarşısı alınmalıdır! 
İdlibdə humanitar vəziyyətin normallaşması üçün terroristlərə göstərilən dəstəyə son verilməli, Suriya hakimiyyətinə hücumların və xarici ölkələrin işğalçılıqlarının qarşısı alınmalı və terroristlərlə vuruşan Suriya ordusu himayə edilməlidir..."
Bəşar Cəfəri həmçinin bildirib ki, Türkiyə ordusu komandirləri ötən gecə Təftanaz hava limanında (Taftanaz Military Airbase) Ən-Nüsrə terror qruplaşmasının rəhbərləri ilə görüşüb.
 
Source : IslamTimes