0
Friday 7 February 2020 - 11:09

ABŞ-ın 200 milyon dollar dəyərində olan dünyanın ən böyük PUA-sını SEPAH ələ keçirdi və...

Story Code : 843146
ABŞ-ın 200 milyon dollar dəyərində olan dünyanın ən böyük PUA-sını SEPAH ələ keçirdi və...
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadə Amerikaya məxsus MQ-4 pilotsuzunun dənizin dərinliklərindən çıxarılan hissələrini nümayiş etdirərək deyib: "SEPAH-ın Dəniz Qüvvələri tərəfindən kəşf olunan MQ-4 pilotsuzu dünyada ən böyük PUA hesab olunur. Onun unikal özəllikləri var. MQ-4 yüksək hündürlükdən uçaraq heç bir məhdudiyyətsiz, hava yollarına təsir etmədən məqsədə çata bilir. Məsələn, bu PUA Amerikadan uçaraq Fars Körfəzinə qədər gəlmə özəlliyinə malikdir.
Bu PUA-nın ölçüləri böyük olduğu üçün bir çox casusluq təchizatı ilə təmin edilə bilir. Onda kameralar, SAR radarı, elektronik sensorlar quraşdırılıb..."
General Hacızadə əlavə edib: "Bütün bu sadalananlar MQ-4 pilotsuzunun son dərəcə önəmli olduğunu göstərir. Amma ABŞ artıq bu pilotsuzun üzərindən qırmızı xətt çəkməlidir. Çünki artıq MQ-4 İran əleyhinə əməliyyatlarda işə yaramayacaq! Biz bu pilotsuzun bütün frekansları və kodlarını əldə etmişik və onları tam şəkildə öyrənmişik. Artıq 50, 100, 150 km-dən deyil, elə paytaxt Tehrandan minlərlə km uzaqlıqda uçan MQ-4 pilotsunuzu zərərsizləşdirməyə qadirik!"
Hacızadə İranın ABŞ-ın Eynul-Əsəd hərbi bazasına hücumu zamanı da kiçik elektronik hücumdan istifadə etdiyini bildirib və bu haqda gələcəkdə açıqlama veriləcəyini söyləyib.
Qeyd edək ki, bir neçə ay öncə İran ərazisinə daxil olan MQ-4C PUA-sı Hormozqan vilayətində Havadan Müdafiə Sistemi vasitəsi ilə vurularaq, zərərsizləşdirilib.
Source : IslamTimes