0
Friday 7 February 2020 - 12:01

Çin: İdlib terrorçuların nəzarətində qalmamalıdır!

Story Code : 843162
Çin: İdlib terrorçuların nəzarətində qalmamalıdır!
Çinin BMT-dəki daimi nümayəndəsi Vanq Min bu təşkilatın Suriyanın İdlib vilayətindəki vəziyyətlə bağlı təcili toplantısında çıxış edərək deyib: "Suriyada problemlərin həlli üçün yeganə seçim siyasi həll yoludur!"
Çinin BMT-dəki nümayəndəsi əlavə edib: "İdlibdəki terrorçuların başqa məntəqələrə keçməsinə icazə verilməməlidir. Suriyanın talehini Suriya xalqı təyin etməlidir. Xarici qüvvələr Suriyanın daxili işlərinə qarışmamalıdır..."
Vanq Min BMT-dən mülki qaçqınlara yardım edilməsini istəyib və bildirib ki, Çin Suriyada sabitlik bərqərar olan şəhərlərin yenidən qurulması üçün Suriya hakimiyyətinə kömək etməyə hazırdır.
Qeyd edək ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşar Cəfəri də öz çıxışı zamanı bildirib ki, İdlib Suriya vilayətidir və xarici ölkələrin bu torpaqlardakı qeyri-qanuni mövcudiyyətini Suriya heç bir şəkildə qəbul edə bilməz.
Source : IslamTimes