QR CodeQR Code

Son dəqiqə: Strateji əhəmiyyətli Səraqib şəhəri Ən-Nüsrədən təmizləndi

IslamTimes , 7 Feb 2020 12:36

İslamTimes: Suriya ordusu bütün xarici təzyiqlərə baxmayaraq Səraqib şəhərini Ən-Nüsrə terrorçularından azad etdi


Suriya İnsan Haqları Təşkilatı bildirib ki, ötən gün İdlib vilayətinin strateji əhəmiyyətli Səraqib şəhərinə daxil olan Suriya ordusu bu şəhərdə təmizləmə əməliyyatlarına start verib.
Suriyada müxalif qüvvələrə yaxınlığı ilə tanınan Suriya İnsan Haqları Təşkilatı əlavə olaraq bildirib ki, Suriya ordusu 2011-ci ildən bu günədək ilk dəfə Səraqib şəhərini terrorçulardan təmizləyib və bu şəhərə nəzarəti ələ keçirib.
Qeyd edək ki, Səraqib şəhəri İdlib vilayətinin ən böyük və strateji şəhərlərindən biridir. Bu şəhər Ən-Nüsrə Cəbhəsinin terrorçuları tərəfindən işğal edilmişdi.


Story Code: 843172

News Link :
https://www.islamtimes.org/az/news/843172/son-dəqiqə-strateji-əhəmiyyətli-səraqib-şəhəri-ən-nüsrədən-təmizləndi

Islam Times
  https://www.islamtimes.org