QR CodeQR Code

Çavuşoğlu: Suriya ordusunun İdlibdəki əməliyyatlarını dayandıracağıq!

IslamTimes , 7 Feb 2020 14:12

İslamTimes: Çavuşoğlu Türkiyənin İdlibi Ən-Nüsrə terrorçularından təmizləmək üçün əməliyyatları davam etdirən Suriya ordusunu durduracağını bildirdi


Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu dünyada birmənalı qarşılanmayan açıqlama ilə Suriya ordusunun İdlibdəki əməliyyatlarına Türkiyənin mane olacağını bildirib. O deyib ki, Türkiyə bunu Suriya ordusunun Türkiyə hərbçilərini hədəf aldığına görə deyil, onların getdikcə daha təhlükəli olduğu üçün edəcək.
Çavuşoğlu Rusiyadan Türkiyəyə gələcək nümayəndə heyəti ilə də bu haqda müzakirə aparılcağını dilə gətirib.
Suriya ordusunun ötən gün İdlibin ən mühüm şəhərlərindən olan Səraqib şəhərini Ən-Nüsrə terrorçularından azad etməsindən sonra Türkiyənin Suriya ordusunun qarşısını alacağını bildirməsi Bəşar Cəfərinin iddialarının həqiqəti əks etdirdiyini sübuta yetirmiş olub.
Qeyd edək ki, BMT toplantısında çıxış edən Bəşar Cəfəri bildirmişdi ki, Türkiyə hərbçiləri Taftanaz hava limanı yaxınlığında Ən-Nüsrə terrorçuları ilə görüşüb və onlara yardım göstərir.


Story Code: 843186

News Link :
https://www.islamtimes.org/az/news/843186/çavuşoğlu-suriya-ordusunun-idlibdəki-əməliyyatlarını-dayandıracağıq

Islam Times
  https://www.islamtimes.org