0
Saturday 8 February 2020 - 07:54

Yüzdən çox Demokrat deputat Trampın Yaxın Şərq sülh planını dəstəkləmədiklərini bildirib

Story Code : 843300
Yüzdən çox Demokrat deputat Trampın Yaxın Şərq sülh planını dəstəkləmədiklərini bildirib
APA Anadolu agentliyinə istinadən xəbər verir ki, Demokratlardan olan millət vəkilləri Alan Louental və Andi Levinin başçılıq etdiyi və 100-dən çox deputatın imzaladığı məktubda sözügedən planın özünü doğrultmayacağı bildirilib. 

Məktubda qeyd edilib ki, Yaxın Şərq sülh planı həm işğalçı İsrailə, həm də Fələstinə zərər verəcək, habelə tərəflər arasında qarşıdurmaların daha da artmasına səbəb olacaq: "Biz bu planı dəstəkləmirik. İsrail hökuməti bu razılaşmanı Qərb Şəriyədəki əraziləri qanunsuz ilhaq etmək üçün təsdiq kimi qəbul etməməlidir”.