0
Saturday 8 February 2020 - 11:08

ABŞ Venesuelanın ən böyük aviaşirkətinə sanksiya tətbiq edib

Story Code : 843383
ABŞ Venesuelanın ən böyük aviaşirkətinə sanksiya tətbiq edib
APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.
Maliyyə naziri Stiven Mnuç deyib: “Conviasa”a təyyarələrinin fəaliyyətini məhdudlaşdırmaqda məqsəd Maduro rejiminin bu aviaşirkətdən sui-istifadəsinin qarşısını almaqdır”. 
ABŞ-ın Dövlət katibi Maykl Pompeo da beynəlxalq birliyi Maduroya qarşı təzyiqləri artırmağa çağırıb. 
Dövlət Departamentinin məlumatında bildirilib ki, yeni sanksiya “Conviasa” təyyarələrini icarəyə götürmək, almaq, onları yanacaqla təmin etmək, ümumiyyətlə, aviaşirkətlə hər hansı bir müqavilə bağlamağı qadağan edir.
Qeyd edək ki, “Conviasa” Venesuelanın ən böyük aviasiya şirkətidir.