QR CodeQR Code

“Baş nazirə ABŞ bazasının vurulacağı xəbər verilmişdi”

8 Feb 2020 14:26

İslamTimes: “Vaşinqton İran ordusunun ABŞ-ın İraqdakı Ayn əl-Əsəd hərbi bazasına raket zərbələrinin ağır nəticələrini açıqlamaq məcburiyyətində qalacaq”.


Teleqraf.com xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin (SEPAH) Baş Qərargahının sözçüsü, general Əbülfəzl Şikarçı deyib.

“İraq baş naziri əməliyyata 15 dəqiqə qalmış məlumatlandırıldı, çünki biz işğalçı deyilik. Amerikalılar isə buna hazır idi, çünki intiqamın alınacağını bilirdilər”, - general vurğulayıb.

Şikarçı bazaya raket zərbələri nəticəsində ABŞ hərbi qüvvələrinin böyük zərər gördüyünü deyib:

“Onlar yaxın günlərdə bunu etiraf etmək məcburiyyətində qalacaqlar, ağır itkilərini gizlədə bilməyəcəklər”.

Ötən ayın 11-də İran ordusu ABŞ-ın İraqdakı hərbi bazasına raket zərbələri endirib. ABŞ Müdafiə Nazirliyi olayda 60-dan çox hərbçinin yaralandığını açıqlayıb.


Story Code: 843386

News Link :
https://www.islamtimes.org/az/news/843386/baş-nazirə-abş-bazasının-vurulacağı-xəbər-verilmişdi

Islam Times
  https://www.islamtimes.org