0
Saturday 8 February 2020 - 15:16

AİP lideri Hacı Mövsüm Səmədov İslam İnqilabının ildönümü münasibətilə Ali Rəhbər Ayətullah Xameneini təbrik edib

Story Code : 843393
AİP lideri Hacı Mövsüm Səmədov İslam İnqilabının ildönümü münasibətilə Ali Rəhbər Ayətullah Xameneini təbrik edib
Partiyanın mətbuat xitmətindən İslaminSesi-nə daxil olan təbrik məktubunda deyilir:
"Bismillahir-Rəhmanir-Rəhim.
Əzəmətli İslam İnqilabının 41-ci ildönümü münasibətilə mücahid və haqq yolunda sarsılmaz rəşadət göstərən əziz İran xalqına, inqilab sərkərdəsi, dünya müsəlmanlarının şanlı Rəhbərinə səmimi təbriklərimi bildirirəm. İslam İnqilabının ərsəyə gəlməsi və qələbəsinin nəticələri təkcə İran xalqının taleyində, ictimai-siyasi həyatında köklü dönüş yaratmayıb. Dünyaya yeni, sarsılmaz siyasi sistem gətirən bu uca bayraq bəlkə də bütün İslam ümməti və xüsusi olaraq bölgə xalqlarına İlahi təsirindən dəyərli fayda verərək, onlara səadət və nicat yolunu tapmaqda bələdçi və nümunə olmuşdir.
İnqilabın bəhrəsi olaraq qazanılan maddi, mənəvi, strateji əhəmiyyətli güc nəticəsində İran xalqı rejionda sülh və sabitlik keşikçisinə çevrilmiş, müsəlmanların qarşısına çıxan hər növ çətinlik və problemlərdə onlara arxa durmuş, məzlumlara qardaş köməyini heç vaxt əsirgəməmişdir. Dünya bunu tək Fələstin, Livan, Yəmən müsəlmanlarının müdafiəsində deyil, həmçinin Dağlıq Qarabağ, Suriya, İraq və düşmən təcavüzünə məruz qalan başqa bu kimi məntəqələrin əhalisinə dayaq durmaqda müşahidə etmişdir.
İranın mücahid və şəhidpərvər xalqının göstərdiyi fədakarlıqlar imperialist dairələrində, başda sionist İsrail rejimi və istismarçı Amerika olmaqla, ciddi narahatlıq yaratmışdır. Şər qitənin İran xalqına uzun illər müxtəlif və ən sərt sanksiyalar tətbiq etməsinə baxmayaraq, İran iqtisadiyyatı, müdafiə qüdrəti inkişaf etmiş, məzlum xalqların müdafiəsindən bir addım belə geri atmamışdır. İslam İnqilabının bərəkətindəndir ki, “Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər...” ayəsinin həqiqəti böyük bir cəmiyyətdə reallığa çevrilmişdir.
İslam İnqilabı, qələbə çaldığı cəmiyyətin ictimai-siyasi həyatındakı əsl demokratiya və həqiqi azadlığın, dərin plüralizmin nümunəsini dünya xalqlarına aşılaya bilmişdir. Bütün bu dəyərlər inqilabın qələbəsini azad və müstəzəf insanların, xalqların bayramına çevirmiş, düşməni məyus etmişdir. Ümidvaram ki, bu İnqilabın bərəkətindən zamanın Sahibi (ə.ş)-ın gəlişi tezləşər, dünya ədalətə qovuşar.
Bir daha bayramınız mübarək olsun, təbrik edirəm!"
 
Source : İslaminsesi
Comment