0
Saturday 8 February 2020 - 15:20

Suriya Ordusu İdlibdə daha 8 kəndi radikal qruplaşmalardan geri alıb

Story Code : 843394
Suriya Ordusu İdlibdə daha 8 kəndi radikal qruplaşmalardan geri alıb

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Suriya Ordusu mənbələri məlumat veriblər.
Bildirilib ki, ordu ötən gecə Suraqibin şimalında Hələb-Dəməşq yolu üzərində yerləşən daha 8 kəndi "ən-Nusra" və onun tabeçiliyində olan qruplaşmalardan azad edib.
Bundan öncə Suriya Ordusu İdlibin Surqib şəhərini azad edə bilmişdi.
Qeyd edək ki, eyni zamanda Türkiyə Ordusu bölgəyə əlavə hərbi qüvvələr göndərib. Bu qüvvələr, silahlı müxalifətin qruplaşmalarının əsas sığınacağı olan İdlib şəhəri ilə Suriya Ordusunun olduğu bölgələrin arasında yerləşdirilib.
 
Source : Salamnews
Tagged
Suriya idlib
Comment