QR CodeQR Code

Ayətullah Xamenei: ABŞ sanksiyalarla İrana yardım etmiş oldu

IslamTimes , 8 Feb 2020 17:42

İslamTimes: İnqilab Rəhbəri: Güclü olmalıyıq ki, düşmən hücum təhdidlərindən əl çəksin!


ABŞ sanksiyaları İrana xeyir gətirdi. Ona görə ki, sanksiyalar İrana qüvvələrini gücləndirməyə və ona yeni imkanlar açmağa kömək etdi.

Bunu Ali dini lider Seyyid Əli Xamenei deyib. İnqilab Rəhbərinin sözlərinə görə, İrana 1979-cu ildən tətbiq edilən məhdudiyyətlər İranın Hərbi Hava Qüvvələrinə mane olmayıb:

“Baxın, biz bu gün təyyarə hazırlayırıq. Təzyiqlərin qarşısını almışıq. ABŞ-ın sanksiyaları cinayət aktıdır, amma onlar istəmədən İrana kömək edir. Bu, xüsusilə İranın neft ixracından asılılığını azaltmağa yardım edə bilər”.

Ayətullah Xamenei həmçinin bildirib ki, bu gün düşmənin hücum təhdidlərindən qurtulmaq üçün güclü olmaq lazımdır. Düşmən təzyiq üçün zəif ölkələrə daha çox üstünlük verir.


Story Code: 843454

News Link :
https://www.islamtimes.org/az/news/843454/ayətullah-xamenei-abş-sanksiyalarla-irana-yardım-etmiş-oldu

Islam Times
  https://www.islamtimes.org