0
Saturday 8 February 2020 - 22:37

Yəmən Səudiyyə koalisiyasının PUA-sını məhv etdi

Story Code : 843506
Yəmən Səudiyyə koalisiyasının PUA-sını məhv etdi
Əl-Məsirə xəbər agentliyi bildirib ki, Yəmən ordusu casusluq fəaliyyəti ilə məşğul olan PUA-nı vurduqdan sonra bəyanat yayımlayıb. Bəyanatda bildirilir: "Səudiyyə koalisiyasına məxsus PUA-nın Yəmən səmasındakı qərəzli fəaliyyəti İsveç razılaşmasının pozulmasıdır!"
Yəmən dövləti bildirib ki, istefa vermiş prezident Mənsur Hadiyə tabe olan qüvvələr BMT nümayəndələrinin Əl-Dərihmi və His şəhərlərinə daxil olmasına mane olub. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Mənsur Hadiyə bağlı qüvvələr Mənsur Hadini yenidən hakimiyyətə gətirməyə çalışır. Könüllü dəstələr və Yəmən ordusu ötən həftə Səudiyyə Ərəbistanı muzdurlarına sarısıcıdı zərbələr endirib. Bu səbəbdən Ali-Səud rejimi Yəməndəki işğalçılıq fəaliyyətini gücləndirərək koalisiyaya ağır zərbənin intiqamını almağa çalışır.
Source : IslamTimes