0
Saturday 8 February 2020 - 23:34

Qasim Süleymaninin terroru ABŞ-da prezident seçkiləri debatında müzakirə olundu

Story Code : 843508
Qasim Süleymaninin terroru ABŞ-da prezident seçkiləri debatında müzakirə olundu
2020-ci il ABŞ prezident seçkilərinə demokrat namizədlərdən olan Berni Sanders son çıxışı zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı olmuş şəhid Qasim Süleymaninin terroru mövzusunu gündəmə gətirib. Sanders bildirib ki, Trampın ölçü-biçisiz qərarlarından olan bu terror hadisəsi beynəlxalq müstəvidə ciddi gərginlik yaranmasına səbəb olub. 
Sanders deyib: "Bu gün kiminsə haqqında "sən pis adamsan biz səni terror edəcəyik" deyilməsi doğru deyil. Belə olsa dünyadakı bir çox ölkələr gözlərinə pis görünən şəxsləri bu məntiqlə aradan götürməyə çalışar...
Bizim həyata keçirməli olduğumuz, Trampın isə dərk belə etmədiyi məsələ budur ki, təkcə hərbi gücümüzü deyil, diplomatiya siyasətimizi, XİN-nin fəaliyyətini gücləndirməliyik. BMT vasitəsi ilə ixtilafımız olan ölkələrlə danışıqlar aparıb, bir masa arxasında əyləşməliyik!"
Source : IslamTimes