QR CodeQR Code

ABŞ Rusiya və Çinə qarşı daha çox pul ayıracaq

9 Feb 2020 11:50

İslamTimes: ABŞ administrasiyası Konqresdən növbəti maliyyə ilində Rusiya və Çinə qarşı fəaliyyətlə əlaqədar daha çox vəsait tələb etmək niyyətindədir.


Axar.az xəbər verir ki, bu məlumatı “Politiko” qəzeti yayıb.

Trampın Yaxın Şərqdəki “sonsuz müharibələrdən” çıxmaq açıqlamasına diqqət yetirən qəzet ABŞ liderinin bu istəyinin reallaşacağı halda büdcədə yeni vəsaitlərin yaranacağını və bunun Çin, eləcə də Rusiyaya qarşı müqavimət üçün bölüşdürüləcəyini bildirib:

“İki il öncə Administrasiya ABŞ milli müdafiə strategiyası qəbul edib ki, burada da Yaxın Şərq yerinə Rusiya və Çin kimi güclərlə rəqabətə üstünlük verilib. Sözügedən ideya konqresmenlər arasında populyardır, amma bu, dövlət büdcəsinə baha başa gələcək”.


Story Code: 843534

News Link :
https://www.islamtimes.org/az/news/843534/abş-rusiya-və-çinə-qarşı-daha-çox-pul-ayıracaq

Islam Times
  https://www.islamtimes.org