QR CodeQR Code

Raketdən qaçan təyyarə rus bazasına belə endi

9 Feb 2020 19:55

İslamTimes: Raket hücumundan yayınmaq üçün Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasına məcburi eniş edən sərnişin təyyarəsinin görüntüləri yayılıb.


Qeyd edək ki, insident 6 fevralda baş verib. İşğalçı İsrailə məxsus F-16 qırıcıları Suriya paytaxtına “hava-yer” tipli raketlərlə zərbə endirib. Suriya rejim qüvvələri isə buna görə HHM zenit-raket komplekslərini aktivləşdirib.
Bu zaman 172 sərnişinlə Dəməşq aeroportuna enməyə hazırlaşan Airbus-320-nin pilotlarına dispetçerlər xəbərdarlıq edib. Raket hücumu və zenit-raket komplekslərinin real hədəfinə çevrilən təyyarəni pilotlar vaxtında uzaqlaşdırmağa və Hmeymim aviabazasına endirməyə nail olublar.


Story Code: 843593

News Link :
https://www.islamtimes.org/az/news/843593/raketdən-qaçan-təyyarə-rus-bazasına-belə-endi

Islam Times
  https://www.islamtimes.org