Qeyd edək ki, insident 6 fevralda baş verib. İşğalçı İsrailə məxsus F-16 qırıcıları Suriya paytaxtına “hava-yer” tipli raketlərlə zərbə endirib. Suriya rejim qüvvələri isə buna görə HHM zenit-raket komplekslərini aktivləşdirib.
Bu zaman 172 sərnişinlə Dəməşq aeroportuna enməyə hazırlaşan Airbus-320-nin pilotlarına dispetçerlər xəbərdarlıq edib. Raket hücumu və zenit-raket komplekslərinin real hədəfinə çevrilən təyyarəni pilotlar vaxtında uzaqlaşdırmağa və Hmeymim aviabazasına endirməyə nail olublar.