0
Sunday 9 February 2020 - 19:50

Yaponiyada yeni koronavirusa yoluxmuş ilk xəstə müalicə olunaraq evə buraxılıb

Story Code : 843596
Yaponiyada yeni koronavirusa yoluxmuş ilk xəstə müalicə olunaraq evə buraxılıb
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, 60-dan çox yaşı olan həmin şəxsin Nara şəhərində çinli turistləri gəzdirən avtobusun sürücüsü olduğu bildirilir. Eyni zamanda, onun Çindən kənarda yeni koronavirusa yoluxmuş ilk yapon olduğu qeyd edilir.
Sürücünün çinli turistlərdən yoluxduğu bildirilsə də, onda yeni koronovirusun yaratdığı sətəlcəmin simptomları ilk mərhələdə müəyyən edilməyib. Sonradan yeni virus həmin avtobusda çalışan qadın bələdçidə də aşkar edilib.
Yaponiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə 25 nəfər yeni koronavirusa yoluxub. Bundan əlavə, Yokohama limanında saxlanılan “Diamond Princess” kruiz gəmisində də yeni virusa yoluxmuş 64 nəfər qeydə alınıb.