0
Monday 10 February 2020 - 13:30

ABŞ-ın 2021 büdcəsi savaş üçündür - Rusiya

Story Code : 843724
ABŞ-ın 2021 büdcəsi savaş üçündür - Rusiya
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri Konstantin Kosaçev deyib.
O, ABŞ-ın 2021 büdcəsini “antihumanist sənəd” adlandırıb.
Kosaçev ABŞ-ın həmçinin gələn il Rusiya və Çinə qarşı mübarizə üçün xərclərini artırmaq niyyətində olduğunu deyib.
Qeyd edək ki, gələn il ABŞ büdcəsinin 4,8 trilyon dollar olması nəzərdə tutulub. Gələn ilin büdcəsində müdafiə xərclərinin 738 milyarddan 740,5 milyarda qədər artırılacağı gözlənilir.